Bazar, 05 May

""Artsaxı" itirdiyimiz üçünmü bayram edirik?" - Köçəryan

image

Sabiq prezident Robert Köçəryan Ermənistanın müstəqilliyinin 30-cu ildönümündə  qeyd  edilən şənliyin  mənasız  olduğunu  dilə  gətirib.  

Xəbər verilir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. Köçəryan Ermənistanın Qarabağ  müharibəsindəki məğlubiyyətindən sonra bu bayramın qeyd edilməsini növbəti  biabırçılıq adlandırıb.

"Bu gün müstəqilliyimizin otuzuncu ildönümünüdür. Amma bu əlamətdar gündə hiss etməli olduğumuz heç bir sevinc yoxdur. Ağır məğlubiyyətdən, ərazi itkilərindən, suverenliyimizin və minlərlə taleyin məhv edilməsindən sonra bu bayramı ilk dəfə qeyd edirik. Suverenliyimizi, vətəndaşlarımızı müdafiə edə bilmirik, amma müstəqilliyimizi təntənə  ilə  keçiririk. Biz 30 illik dövrümüzdə ölkəyə güc və geosiyasi dəyər verən, qürur duyduğumuz "Artsaxı" itirdik. Buna görə bayram edirik?  Dövlətlər milli birliyə əsaslanaraq milli rifah sayəsində qurulur. Məğlubiyyəti simvolizə edən orqanlar ilham və yaradılış mənbəyi ola bilməz".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15